zede futbolcu

PSJ və Fransa millisinin ulduz hücumçusu Dezire Dueyə sağ dizində ön çarpaz bağın qopması diaqnozu qoyulub.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ayın sonuna qədər əməliyyat olunacaq. Doue Fransa çempionatının 11-ci turunda “Nitsa”ya qarşı oyunda zədə alıb. Oyunçu 38-ci dəqiqədə meydanın mərkəzində topu fırladarkən dizini tutaraq yıxılıb. O, meydandan xərəklə çıxarılıb. PSJ 3-2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Due Fransa klubu ilə iki Çempionlar Liqası titulunu qazanıb. O, 2024-cü ildən PSJ-də oynayır, 117 oyun keçirib, 35 qol vurub və 31 məhsuldar ötürmə edib.

Oktyabr ayında PSJ-nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya da bağın qopması diaqnozu qoyulub və o, ən azı altı ay oynaya bilməyəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: