pasinyan 78 900x617 4

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlardan daxil olan müraciətlərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, hazırda baxmağa vaxt tapmadığı 1254 məktubun olduğunu deyib.

Paşinyan bu müraciətləri cavablandırmaq üçün iş rejimində dəyişiklik edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, bundan sonra gündəlik iş qrafikindən asılı olaraq müəyyən vaxt ayıracaq və hər gün konkret sayda vətəndaş müraciətini nəzərdən keçirərək onlara cavab verəcək.

Baş nazir bu yanaşmanı bir növ qənaət rejiminə keçid kimi xarakterizə edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: