Şahramyanın saxlanılıb Bakıya gətirilməsi üçün Xankəndidə əməliyyat

“Samvel Şahramyanın separatçıların yeni “lideri” seçiləcəyi bəlli idi. Ondan başqa heç kəs namizədliyini irəli sürmədi. Daha doğrusu, buna icazə verilmədi”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Xankəndidə gizlənmiş separatçıların özlərinə başçı seçməsini şərh edərkən deyib.

Qabil Hüseynli

Onun sözlərinə görə, rəsmi Bakının nəzdində bu seçkinin heç bir əhəmiyyəti və hüquqi legitimliyi yoxdur:

“Rəsmi Bakı açıqca nə seçkiləri, nə də onun nəticələrini tanımayacağını elan etdi. Bu mənada Samvel Şahramyan bizim üçün sadəcə hər hansı bir separatçıdır. Onun da sələflərindən fərqi yoxdur.

Şübhəsiz, rəsmi Bakı nə bu seçkilərə, nə də Şahmaryanın varlığına səbir nümayiş etdirməyəcək. Hesab edirəm, ən qısa zamanda antiterror əməliyyatlarına başlayıb, Xankəndiyə müdaxilə etmək və separatçıları tərksilah etmək lazımdır. Əks təqdirdə, separatçılar bundan cəsarətlənəcək”.

Turan Rzayev
Globalinfo.az