kusner 900x600 2

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətlərinin şərtlərindən danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Kuşnerin sözlərinə görə, Donald Tramp Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə uyğun təhlükəsizlik zəmanətləri vermək imkanını nəzərdən keçirə bilər. Bunun üçün yeni qlobal təhlükəsizlik arxitekturası münaqişənin yenidən başlaması ehtimalını aradan qaldırmalıdır.

O qeyd edib ki, mümkün zəmanətlər gələcək müharibə riskini əsaslı şəkildə azaldan çəkindirmə və münaqişələrin qarşısının alınması mexanizmlərinə söykənməlidir.

Kuşner əlavə edib ki, belə bir razılaşma ABŞ-ın milli maraqlarına uyğun olmalı, daha geniş razılaşmalar paketinin tərkib hissəsinə çevrilməli və Konqres tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin üçtərəfli danışıqların əsas məqsədinin yekun sülh razılaşmasına nail olmaq olduğunu bildirmişdi. Onun sözlərinə görə, danışıqların digər mühüm istiqaməti münaqişə tərəflərinin gələcək təhlükəsizliyinin təmin edilməsidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: