Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb.
Globalinfo.az bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Əskərova Aygül Elman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.