Xaçmaz-Quba avtomobil yolunda iki avtomobil toqquşub.

Globalinfo.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında yolun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” nin sürücüsü və avtomobildə olan altı nəfər, Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri bir ailənin üzvləri olan ata, ana və onların dörd qız övladları xəsarət alaraq,  Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: