ABŞ-ın Corciya ştatında “Delta Air Lines” aviaşirkətinin kompüter sistemindəki texniki problem ölkə üzrə yüzlərlə aviareysin qrafikinin pozulmasına gətirib çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.
Məlumata əsasən, nasazlıq təyyarələrin çəkisini və ağırlıq mərkəzini müəyyənləşdirmək üçün istifadə olunan elektron sistemdə yaranıb.
Bu hadisə ABŞ-da dövlət qurumları və iri şirkətlərin informasiya sistemlərində texniki problemlərin artdığı bir vaxta təsadüf edib.
Xatırladaq ki, ötən həftə Federal Aviasiya Administrasiyasının hava hərəkətini idarəetmə mərkəzlərində yaranan rabitə problemi səbəbindən ölkə üzrə uçuşlar dörd saatdan artıq müddətə dayandırılmışdı.
Bundan başqa, son dövrlərdə “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” şirkətləri də genişmiqyaslı texniki nasazlıqlarla üzləşiblər.