thumbs b c 92af1de39a89e0972e4c796de3f4e854

Təl-Əviv avqustun sonlarında müharibə ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb. Məlumata görə, İran da yeni hücumu gözləyir və hazırlıqlarını gücləndirir.

Analitiklər qarşıdakı müharibənin əvvəlkilərdən daha dəhşətli olacağını proqnozlaşdırırlar. İsrail, İranın uranı zənginləşdirməyə davam etməsindən asılı olmayaraq, onun raket arsenalını artırmasına, hava hücumundan müdafiə sistemlərini bərpa etməsinə və qabaqcıl texnologiyalar yerləşdirməsinə imkan vermək istəmir.

Mənbənin iddiasına görə, İsrailin məqsədi mümkün qədər tez və qəti zərbə endirərək Tehranın hərbi üstünlüyə çatmaq planlarını puç etməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: