1730458287

Finlandiya parlamentinin sabiq deputatı Ano Turtiaynen Rusiya vətəndaşlığı almaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə açıqlamasında danışıb.

Rusiya vətəndaşlığı almaq üçün müraciət etməyi planlaşdırıram və burada özümə yeni həyat qurmaq niyyətindəyəm”, – deyə sabiq deputat bildirib.

Turtiaynen ruslar barədə də müsbət fikirlər səsləndirib.

Onun sözlərinə görə, Rusiyada “xoş və yaxşı insanlar” yaşayır və ölkənin ən böyük üstünlüyü də məhz budur.

Siyasətçi hər gün az da olsa rus dilini öyrəndiyini bildirib.

Qeyd edək ki,  Ano Turtiaynen 2019–2023-cü illərdə Finlandiya parlamentinin deputatı olub. O, 2021-ci ildə “Əsl Finlər” Partiyasından xaric edildikdən sonra “Hakimiyyət xalqa məxsusdur” adlı partiyanı yaradıb. Həmin partiya Rusiya ilə münasibətlərin qorunmasını və Finlandiyanın NATO-ya üzv olmasına qarşı çıxmağı müdafiə edirdi. 2025-ci ilin sonunda Turtiaynen həyat yoldaşı ilə birlikdə Rusiyaya köçərək qaçqın statusu alıb.

Xatırladaq ki, ötən ilin sentyabrında ABŞ-ın keçmiş prezidenti Co Baydenin sabiq köməkçisi Tara Rid də Rusiya vətəndaşlığı almışdı. O, bu istəyini ilk dəfə 2023-cü ilin mayında açıqlamış və Rusiya Prezidenti Vladimir Putinə müraciət etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: