
Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.
Globalinfo.az xəbər verir ki, açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 3:1.
“Sabah” komandası bu mövsüm ilk dəfə “Şamaxı”ya qalib gəlib. Öz növbəsində, “Şamaxı” 5 oyundan sonra məğlubiyyətə düçar olub.
Bununla da, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv xal sayını 44-ə çatdıraraq 4-cü pillədəki “Turan Tovuz”la xal fərqini 5-ə endirib. Ayxan Abbasovun komandası isə 36 xalla 7-cidir.
Qeyd edək ki, turun digər oyunları mayın 10-u və 11-də keçiriləcək. Tura mayın 11-də yekun vurulacaq.