6555b7ae0545c6555b7ae0545d17001163986555b7ae0545a6555b7ae0545b

Bu gün ölkə mediasında öz sözü, sanbalı, xüsusi çəkisi ilə seçilən APA-nın 19 yaşı tamam olur. Sözün həqiqi mənasında bir igidin ömrüdür, həm də ömrün ən çılğın, ən qaynar dövrüdür. Xəbər agentliyi üçün 19 yaş heç də kiçik rəqəm sayılmaz.

Globalinfo.az Lent.az-a istinadən oxucuları APA-nın “arxa cəbhəsində döyüşən”, yazılarını oxuyub, üzlərini görmədiyiniz əməkdaşları ilə tanış edir.

Hər nə qədər söz adamları olsalar da,  yükün ən ağırını çiyninə götürmüş APA-nın əməkdaşları danışmağı çox sevmirlər. Onlar yazmaqda ustalaşıblar, sual verməyi cavab verməkdən daha asan hesab edirlər.

Eyni sualla agentliyin zamana qarşı yarışan bütün əməkdaşlarına müraciət edirik. APA-lı olmaq nə deməkdir?

APA -nın Baş redaktoru Fərid Mirzə: 

LKN 9255 1700056701

APA-da ritmi tutmaq bir az çətindir. Kənardan baxanlara çətin hətta qorxulu görünür. Çoxları risk eləməyə qorxur. Hər adam bu məsuliyyətin altına girmək istəmir. APA-lı olmaq ilk növbədə məsuliyyətli olmaq deməkdir. APA-da işləmək dürüst olmağı tələb edir. Özün dürüst olmalısan ki, dürüst və düz  xəbər yazasan.  Əgər biz “APA xəbər verir ki” yazırıqsa, bu kəlmənin məsuliyyətini üzərimizə alırıq, cümlənin gerisi mütləq və mütləq yoxlanılmış, doğru xəbər olmalıdır.

APA-nın redaktoru Mir Mehdi Ağaoğlu:

LKN 9227 1700055338

Kənardan insanlar bizi sadəcə xəbər saytı kimi görür. Amma bu işin arxasında saat mexanizmi kimi çalışan bir qrup var. APA dəqiq, qərəzsiz, obyektiv, ən doğru xəbərləri yayımlayır. Tutaq ki, ölkədə hər hansı mühüm bir hadisənin baş verməsi, hansısa məşhur şəxsin ölməsi barədə bütün saytlar xəbər dərc edir, insanlar bu xəbəri APA-da görməsələr inanmırlar. Bu otaqda bəzən dərin sükut çökür, bəzən söhbət başlayır. Bəzən elə gərginlik olur ki, heç qapıdan içəri girmə! Bu əlbəttə iş prosesidir, belə də olmalıdır. Yemək qaynamasa bişməz. Dönə-dönə oxucuların dilindən xoş sözlər eşitmişik. Əgər etimad göstərilirsə bu uğurumuzdur.

Redaktor Günay Elşadqızı:

LKN 9259 1700055225

APA-lı olmaq artıq öz şəxsi həyatını unutmaq deməkdir. Burada işləyirsənsə həyatın işdən, daha konkreti APA-dan ibarətdir. Burda işləmək çox böyük məsuliyyətdir, əziyyətdir, amma çox gözəldir və biz bunu sevərək edirik. APA ölkə mediasının ayrılmaz hissəsidir. Bizdən yararlanan yerli media orqanları çoxdur, xarici media nümayəndələri Azərbaycan haqqında məlumat əldə etmək istəyəndə məhz APA onların istinad mənbəyi olur. Bu illər ərzində paylaşarkən ən çox həyəcan keçirdiyiniz xəbərlər Qarabağdakı zəfərimizlə bağlı olub. İllərlə arzu etdiyimiz xəbərləri nəhayət ki verə bildik. Həm dayanmadan işləyirdik. Həm xəbəri ən sürətli şəkildə çatdırmağa, həm də bu sevinci bir-birimizlə bölüşməyə tələsirdik. Özəl günümüzdə oxucularımıza təşəkkür edirəm, bu illər ərzində bizi  tək buraxmadılar.

Redaktor Məhbubə Qasımbəyli:

LKN 9279 1700055615

16 ildir sizin təbirinizcə desək, APA-lıyam. APA-lı olmaq ilk növbədə məsuliyyətli və operativ, eyni zamanda peşəkar olmaq deməkdir. 19 yaş gənclik yaşıdır. Arzu edirəm APA qocaman olsun, daimi olsun. Əməkdaşlarımıza xoş xəbərlər yazmağı arzu edirəm.

Mədəniyyət müxbiri  Nihat Pir:

WLF 7169%20(2) 1700058074

APA mənim üçün jurnalistika karyerama başladığım doğma bir yerdir, evdir. APA-nın mənə qatqısı çox olub. Və burada hələ də öyrənməyə davam edirəm. 19 illik yol az yol deyil, bu uzun yolun 2 ilində pay sahibi olduğum üçün məmnunam. Bütün APA-çılara, bu illər ərzində buradan yolu keçənlərə, hazırda bizimlə bərabər çalışanlara, gələcəkdə yolu buradan keçənlərə uğur, uğur, uğur arzu edirəm.

Kriminal müxbiri Əbülfət Baxşəliyev:

LKN 9277 1700055753

4-5 aydır APA ailəsinə daxil olmuşam. Burada işi həm çətin, həm məsuliyyətlidir.  APA bir məktəbdir və bu məktəbin yetirməsi olmaqdan qürur duyuram.

“APA-Economics”in  Baş redaktoru Nigar Abbasova:

LKN 9195 1700055367

APA ailəsində olmaq fərqli bir duyğudur. Mən bura gələndə universitetin sonuncu kurs tələbəsi idim. O zamanlardan canımıza necə yeridiblərsə şəxsi həyatımızda da operativ, məsuliyyəti və sürətli biri olmuşuq. APA mənim xarakterimə çevrilib. APA-nın işi bizim həyat tərzimizdir. Evimizdə də APA-lıyıq. 20-ə doğru eyni həyəcan, gözəl xəbərlərlə irəli! Həmkarlarımı təbrik edirəm.

APA Sport-un baş redaktoru Rasim Sultanzadə:

LKN 9225 1700055420

Bura gəldiyim gündən sözün xoş mənasında təəccübləndim. İnsan işə bir az da yaxşı iş yoldaşları üçün gəlir, bu mənim üçün çox önəmli idi. APA Sport APA adlı qoca çinarın idman qoludur. Fəxr edirəm ki, bu ağır işdə məsul şəxsəm. Digər idman saytları ilə müqayisədə operativlik və xəbər çeşidinə görə fərqlənirik. Eksklüziv xəbərlərimiz, bizə istinadlar çoxdur. Kimə müraciət etsək, APA adını eşidərkən “yox” demir.  APA adının ucalığını qoruyan hər bir əməkdaşa uğurlar arzu edirəm.

Tərcümə departamentinin İngilis dili şöbəsinin redaktoru Faiq Mahmudov:

LKN 9172 1700055819

APA-nın Azərbaycan versiyasında çıxan xəbərlərdən seçib ölkə hüdudlarından kənarda olan ingilisdilli oxucu üçün maraqlı olanları tərcümə edirik. Ölkə xaricində Qarabağ müharibəsi, antiterror əməliyyatları ilə bağlı xəbərlərə daha çox maraqla oxunur. İşimi və bu yaradıcı mühiti sevirəm.

Tərcümə departamentinin Rus dili şöbəsinin redaktoru İlham Sultanov:

LKN 9174 1700055855

İlk növbədə ölkədəki rus dilli əhali üçün maraqlı olan kontent tərcümə olunur. Rusdilli əhalinin böyük əksəriyyəti paytaxtda cəmləşdiyi üçün şəhər infrastrukturu, sosial problemlər, postsovet məkanında baş verən hadisələr barədə xəbərlər yayırıq. Rusdilli oxucuların maraq dairəsi fərqlidir. Onlar daha çox paytaxtdakı mədəni tədbirlər, idman, sosial problemlərlə bağlı xəbərləri oxumağa üstünlük verirlər.

SMM şöbəsinin rəhbəri Zülfiyyə Orucəliyeva:

LKN 9294 1700055560

APA-lı olmaq çətindir, amma çox gözəldir.

Son bir qeyd etmək istərdim. Xəbər otağında hansı əməkdaşa üz tutduqsa, tələsdi, xəbərdən ayrıla bilmədi, “xəbər qaçır” dedi. Bu qaçhaqaçda, bu çətin və şirin təlaşda hamınıza uğurlar  arzu edirik. Xoşxəbər olasınız.

WLF 7177%20(3) 1700058196 LKN 9157 1700055904 LKN 9163 1700055923

 

LKN 9212 1700055985 LKN 9214 1700056012 LKN 9230 1700056035 LKN 9234 1700056055 LKN 9290 1700056079 LKN 9284 1700056105 LKN 9215 1700056189 LKN 9299 1700056234

Paylaş: