scale 1200

Gürcüstan polisi parlament binasının ətrafında etirazçılara qarşı rezin güllələrdən istifadə edir.

Globalinfo.az xəbər verir ki, ən azı bir nəfərin yaralandığı bildirib

Yaralanan şəxs təcili yardım maşınına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi saat 00:00-da brifinq təyin edib.

***

Gürcüstanda bir qrup etirazçı parlamentin 9 Aprel küçəsindəki hissəsində qapını sındırmağa çalışıb.

Globalinfo.az xəbər verir ki, binanın içərisindəki xüsusi təyinatlı polislər su şırnağı və gözyaşardıcı qazla etiraçılara müdaxilə ediblər.

Eirazçılar uzun müddət darvazanın yanında dayanaraq onu silkələyiblər.

Polis əvvəlcə buna cavab verməsə də, sonradan lazımi tədbirlər görüb.

Etirazçıların müqavimət göstərməsindən sonra polis ərazidə çox sayda səs bombalarından istifadə edib.

On minlərlə etirazçı hazırda Rustaveli prospektindən ətraf küçələrə dağılışırlar.

Ərazidə internetdən istifadədə problemlər yaşanır.

***

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı növbəti mitinq keçirilir.

Globalinfo.az xəbər verir ki, mitinqə çox sayda insan Gürcüstan və Avropa Birliyinin bayraqları ilə gəlib və izdihamın arasında ABŞ bayrağı da dağlalandırılıb.

Gürcü Arzusu Partiyasının deputatları parlament binasından çıxdıqdan sonra xüsusi təyinatlılar ərazini tərk ediblər.

Onlar binanın Gürcüstan Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında yerləşən həyətinə keçiblər.

Xüsusi təyinatlıların meydanı tərk etməsi etirazçıların alqışları ilə müşayiət olunub.

Paylaş: