Paşinyan delimitasiyadan danışdı: “Əgər dövlətçiliyimizi qoruya bilsək…”

“Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən delimitasiyaya başlayırıq ki, vəziyyət nəzarətdə qalsın”.

Globalinfo.az xəbər verir ki. bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Petros Kazaryana müsahibəsində deyib.

“Bu, uzun prosesdir. Biz Almatı Bəyannaməsi əsasında sərhədlərin yenidən qurulması paketini hazırlayırıq. Proses başlamalıdır, sonra əldə etdiyimiz təcrübəni parlamentin təsdiqinə təqdim edəcəyik. Ardınca bu mandata uyğun olaraq bütün prosesi davam etdirəcəyik. Delimitasiya prosesi zamanı hökumət qarşısına Ermənistanla Azərbaycan arasında bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbul edilməsi vəzifəsini qoyub”.

Paşinyan bildirib ki, növbəti illərdə Ermənistan hökuməti həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq.

“Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qarşısında baş verəcək”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az