Ermənistan DİN sərhədimizdəki kənddə əməliyyat keçirdi

Ermənistan Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirant kəndində əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.

Əməliyyat zamanı 31 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Etiraz aksiyalarının təşkilatçısı “Vətən üçün Tavuş” hərəkatı onların bir neçə saat sonra azad edildiyinə dair məlumat yayıb.

Hazırda Tavuş vilayətinin Kirant kəndi ilə Qazaxın Xeyrimli kəndi arasındakı ərazidə minatəmizləmə işlərinin aparıldığı bildirilir. Məlumata görə, Kirant sakinləri minatəmizləmə və demarkasiya işlərinə mane olmağa çalışıblar. Kəndə giriş-çıxış bağlanıb.

Ayşən Mustafa
Globalinfo.az