ABŞ Azərbaycan şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiyaya qarşı yeni sanksiya paketini elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə qeyd edilib.

Sanksiya çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinə də ikinci dərəcəli sanksiya tətbiq edildiyi açıqlanıb.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən “Lahic Energy” MMC də sanksiyaya məruz qalıb.

Bildirilir ki, bu şirkət əvvəllər Rusiyada fəaliyyət göstərib və ABŞ-ın sanksiya siyahısında olub.