Bu, Azərbaycanın enerji keçidinə sadiq olduğunu göstərir – Samir Şərifov

Bərpa olunan enerji mənbələrinin potensialının araşdırılması və açılması Azərbaycanın enerji keçidinə sadiq olduğunu göstərir.

Globalinfo.az bildirir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.

“Bu, ilk növbədə, iqtisadiyyatın neft və qazdan bərpa olunan enerji mənbələrinə doğru şaxələndirilməsinə istiqamətləndirmək deməkdir, – o bildirib.

S.Şərifov vurğulayıb ki, bu il Azərbaycan çox mühüm qlobal iqlim konfransı COP29-a ev sahibliyi edəcək.

Nazir qeyd edib ki, Azərbaycan 2030-cu ilə qədər yəqin ki, bərpa olunan mənbələrdən 5 QVt-a qədər enerji istehsal edə biləcək: “Bu həm dövlət investisiyaları, həm də özəl kapital hesabına həyata keçiriləcək”.