moskva 12 900x506 1

Şəkərli diabet faktiki olaraq bütün orqanlara təsir göstərir. Beyin, ürək, əzələlər, böyrəklər və qaraciyərə zərər vurur.

Globalinfo.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Tkaçeva xəbərdarlıq edib.

O bu təhlükəli xəstəliyin ömrü nə qədər qısaltmasından danışıb.

Həkim bildirib ki, şəkərli diabet ömrü təxminən 10-15 il qısaldır, çünki bu, bütün orqanların vaxtından əvvəl aşınmasına səbəb olur.

“Bütün bunlar orqan və sistemlərin vaxtından əvvəl aşınmasının əsasını təşkil edən metabolizm-iltihab-qocalma zəncirini təşkil edir. Son vaxtlar bu xəstəliyə tutulma halları çoxalıb. Demək olar ki, son 100 ildə belə hadisə olmayıb. Təsəvvür edin ki, nə qədər artıb”, – mütəxəssis izah edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: