ukrayna 1 1 2 2

NATO-nun Baş katibi Mark Rutte müttəfiq ölkələri hər il Ukraynaya ÜDM-lərinin 0,25 faizini ayırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, təşəbbüs Türkiyədə iyul ayında keçiriləcək NATO sammitinə hazırlıq çərçivəsində baş tutan qapalı iclasda müzakirə olunub.

“Politico”nun hesablamalarına əsasən, plan həyata keçirilərsə, Ukraynaya ayrılan illik yardımın həcmi təxminən 143 milyard dollara çata bilər.

Bildirilir ki, alyans daxilində Kiyevə uzunmüddətli dəstəyin artırılması ilə bağlı müzakirələr davam edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: