Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda prosesin növbəti mərhələsi müzakirə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, tərəflərin yaxın həftələr ərzində bir sıra yeni tədbirləri açıqlaması gözlənilir:
“Bununla da Moskva ilə Vaşinqton arasında Ukrayna məsələsi üzrə təmasların davam etdiriləcək.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfəri mühüm yer tutub. Onlar sentyabrın 5-də Rusiya paytaxtına gedərək Vladimir Putinlə görüşüblər.
Rusiya Prezidenti ilə amerikalı nümayəndələr arasında baş tutan görüş 3 saat 10 dəqiqə davam edib.
Ağ Ev görüşlə bağlı açıqlamasında danışıqların Ukrayna münaqişəsinin nizamlanması istiqamətində növbəti addımlarla bağlı olduğunu bildirib.
ABŞ nümayəndələrinin Moskva səfərindən sonra Kiyevə də gedəcəyi gözlənilir. Uitkoff və Kuşnerin bu gün Ukrayna rəsmiləri ilə görüşməsi planlaşdırılır”.
Safura Bənnayeva
Globalinfo.az