an 24

Rusiyanın Amur vilayətində “An-24” təyyarəsinin qəzasında ölənlərlə bağlı üçgünlük matəm elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri qubernator Vasili Orlova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, regionun bütün ərazisində bayraqlar 25, 26 və 27 iyul tarixlərində endirilmiş vəziyyətdə olacaq: “Bu dəhşətli faciə 48 nəfərin həyatına son qoyub. Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm”.

***11:10

Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində “An-24” təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.

Globalinfo.az bildirir ki, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək.

M.Mişustinin tapşırığı ilə Nikitin və “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.

“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.

X X X

Qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, An-24 sərnişin təyyarəsi eniş zamanı ekipajın səhvi səbəbindən Amur vilayətində qəzaya uğramış ola bilər.

TASS-ın fövqəladə xidmətlərə istinadən xəbərinə əsasən, təyyarə zəif görmə şəraitində enişə cəhd edib.

***10:50

İtmiş An-24 təyyarəsinin qalıqları Tynda şəhərindən 15 km aralıda tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

“Axtarışları zamanı yanan gövdə aşkar edilib”, – deyə bildirilib.

*** 10:00

Rusiyaya məxsus sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki Amur vilayətində yoxa çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Amur vilayətində sərnişin təyyarəsi yoxa çıxıb. Təyyarə ilə heç bir əlaqə qurulmayıb. “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu ilə uçurdu. O, son təyinat məntəqəsi yaxınlığında təhlükəsizlik yoxlamalarından keçə bilməyib. Təyyarə ilə heç bir əlaqə qurulmayıb”, – rəsmilər bildiriblər .

Qeyd olunub ki, təyyarədə 40 sərnişin və 6 ekipaj üzvü olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: