Rusiyanın “missiya” həmləsi: “İrəvandan cavab gözləyirik”

“KTMT Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır, təşkilat Yerevanın cavabını gözləyir” .

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru, Moskvanın KTM-dəki səlahiyyətli nümayəndəsi Mikael Ağasandyan deyib.

Ağasandyan artıq İrəvandan bir müddətdir cavab gözlədiklərini bildirib:

“KTMT erməni dostlarımıza təşkilatın imkanlarından maksimum faydalanmağa imkan verəcək konkret həll yollarını təqdim etməyə hazırdırlar. Biz hələ də İrəvandan müsbət cavab gözləyirik. Ermənistanın sərhədyanı ərazilərində monitorinq missiyası yerləşdirməyə, eləcə də müttəfiqlərimizə kömək üçün digər bütün tədbirləri görməyə hazırıq.

Qarabağ məsələsi ən mürəkkəb münqişələrdəndir. Vəziyyətin nizamlanmasının yeganə yolu iki ölkə arasında danışıqlar, qarşılıqlı hörmət və normallaşma prosesidir. Biz əvvəllər də monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı İrəvandan cavab gözlədiyimizi açıqlamışdıq. Paralel olaraq isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük İrəvan üçün “müəyyən problemlər” yaradır, lakin Ermənistan digər ölkələrlə əməkdaşlığı məhdudlaşdırmağa ehtiyac görmür”.

Ayşən Mustafa
Globalinfo.az