Bu strateji nöqtə hələ də işğaldadır – AÇIQLAMA

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Bakı və İrəvan arasında sülhlə bağlı 3 əsas prinsip var:

“Birincisi, nəqliyyat kommunikasiyalarının açılmasıdır. İkincisi, Azərbaycan Ermənistanın ərazisinin 29,8 min kvadrat kilometr, Ermənistan isə Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğunu tanımalıdır. Üçüncüsü, arasında delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, Qranadada keçirilən görüşdə Paşinyan Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığını təsdiqlədi:

“Azərbaycan da öz növbəsində Ermənistan ərazisinin 29.8 min kv.km olduğunu vurğulayıb. Burada əsas məsələlərdən biri də sərhədlərin delimitasiya və demarkasiyasıdır. Sonuncu görüş noyabrın 30-da Qazax-İcevan sərhədində keçirildi. Yeni ildən sonra da bu görüşlərin baş tutması gözləniləndir.

Məlum olduğu kimi, 8 kəndimiz hələ də işğaldadır. Bu kəndlər strateji əhəmiyyətlidir. Bu gün Ermənistan və Gürcüstanı birləşdirən əsas yollar Qazaxın kəndləri tərəfdən keçir. Sülh müqaviləsi bağlandıqdan sonra da delimitasiya və demarkasiya məsələsi davam edəcək. Strateji müttəfiqimiz olan Gürcüstanla belə delimitasiya prosesi tam başa çatmayıb. İrəvan hələ də Ermənistana maneə yaratmağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az