Rusiyanın hərbi aerodromu vuruldu – VİDEO

Rusiyanın Voronej vilayətindəki “Borisoqlebsk” hərbi aerodromu hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, gecə saatlarında baş verən PUA hücumu nəticəsində aerodromda çoxsaylı yanğınlar qeydə alınıb.

Bundan başqa, aerodormda aviabombaların saxlanıldığı anbar, Su-35 və Su-34 təyyarələrin dayanacağı, eləcə də aviasiya yanacağı çənləri də vurulub.