Putin və Paşinyan razılaşdı: Ruslar Ermənistandan çıxır

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə rus hərbçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılması barədə razılıq əldə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Teleqram”ın Rusiya seqmentində məlumatlar yayılıb.

Məlumata görə, 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanın Sünik (Zəngəzur – red.), Azərbaycanla sərhəddə yerləşən Vayots Dzor, Geqarkunik, Ararat və Tavuş bölgələrində yerləşdirilən Rusiya hərbçilərinin də mövqelərini tərk edəcəkləri bildirilir.

Qeyd edək ki, Vladimir Putin və Nikol Paşinyan arasında görüş ötən gün Kremldə baş tutub və bir saatdan çox davam edib.

Ayşən Mustafa
Globalinfo.az