Böyük Britaniyada Rusiyanın dondurulmuş aktivlərindən 795 milyon funt sterlinqi (895 milyon avro) tranş qismində Ukraynanın hesabına köçürülüb.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Baş nazir Denis Şmıqal deyib.
Dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcəyi açıqlanıb.
Baş nazir Böyük Britaniyaya və G7 ölkələrinə minnətdarlığını bildirib.
“Biz gözləyirik ki, Rusiyanın bütün aktivləri müsadirə edilərək gələcəkdə dövlətimizin xeyrinə təhvil veriləcək”, – Şmıxal vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az