Rusiyadan XİN-dən Zelenskiyə cavab: “Dozası çox olub”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin Belqorod açıqlamasına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Zelenskinin açıqlamasını şərh edən Zaxarova “görünür, həddindən artıq doza qəbul edib” deyə cavab verib.

Qeyd edək ki, Ukrayna Prezidenti ölkəsinin NATO-ya üzvlüyü müqabilində Kiyevin Belqorodu Rusiyaya güzəştə gedə biləcəyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az