Koronavirusun yeni PJ.2.1 ştammı yayılır. Onun əlamətləri soyuqdəymə və ya qrip simptomları ilə oxşarlıq təşkil edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Yalnız simptomlara əsaslanaraq infeksiyaya hansı respirator virusun səbəb olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil”, – təşkilatın ekspertləri qeyd ediblər.
ÜST xəstəliyin səbəbini müəyyən etmək üçün testlərin aparılmasının vacibliyini vurğulayıb.
Bundan əvvəl virusoloq Yelena Malinnikova agentliyə açıqlamasında PJ.2.1 ştammının digər koronavirus variantlarından fərqli olaraq daha güclü boğaz ağrısı və xəstəlikdən sonra uzun müddət davam edən halsızlıqla müşayiət oluna biləcəyini bildirib.
Safura Bənnayeva
Globalinfo.az