
Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
Açıqlamada Qarabağ Zəfərinin altıncı ildönümünə diqqət çəkilərək Azərbaycan xalqına qardaşlıq və dəstək mesajı verilib:
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan. Altı il əvvəl Qarabağda böyük zəfər qazanan türk-azərbaycanlı qardaşlarımızın 8 Noyabr – Zəfər Gününü təbrik edir, bütün qardaşlarımızı səmimi-qəlbdən salamlayırıq”.
Safura Bənnayeva
Globalinfo.az