“Çıxışımın sonunda mərhum Bəxtiyar Vahabzadənin məşhur misralarını səsləndirmək istəyirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada çıxışı zamanı deyib.
O, daha sonra B.Vahabzadənin şeirindən bir bənd oxuyub:
“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Arzu edirəm ki, ay-ulduzlu al bayrağımızla şanlı Azərbaycan bayrağı göylərdə əbədi olaraq yanaşı dalğalansın.
9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi duyğularımla təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və məhəbbətimi çatdırıram.
Səmimi ev sahibliyinə görə İlham qardaşıma bir daha təşəkkür edirəm”.
