husiler

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərə məxsus iki ballistik raket buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mətbuat Agentliyinin məlumatına görə, koalisiyanın sözçüsü, general Turki əl-Maliki bildirib ki, məhv edilən qurğulardan biri daha əvvəl Ər-Riyada ballistik raket atılması üçün istifadə olunub.

Əməliyyat Yəmənin paytaxtı Sənada həyata keçirilib. Bu hadisə Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.

Noyabrın 7-də hərəkatın hərbi nümayəndəsi Yəhya Sərianın açıqlamasına görə, husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun obyektlərinə və digər hərbi hədəflərə hücumlar həyata keçiriblər. 

Tahir Turan
Globalinfo.az

Paylaş: