screenshot 2026 11 08 125350

Ermənistan Hava Hücumundan Müdafiə bölmələri İran istehsalı olan “Əqrəb” zenit-raket kompleksi ilə təlimlər keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, sistemin əsl adı “AD-08 Majid”dir. İran tərəfindən Ermənistana tədarük edilən kompleks ilk dəfə bu il mayın 31-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: