1779477219 706078220 18586066549024649 429660760198375631 n 14

Rusiya XİN xarici vətəndaşları təcili Kiyevi tərk etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, XİN xarici ölkə vətəndaşlarına mümkün qədər tez şəhəri tərk etməyi məsləhət görüb.

Nazirlik paytaxt sakinlərini isə hərbi və inzibati obyektlərə yaxınlaşmamağa çağırıb.

Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunur ki, sözügedən obyektlər Kiyevin müxtəlif ərazilərində yerləşdiyi üçün xarici vətəndaşlar, o cümlədən diplomatik missiyaların və beynəlxalq təşkilatların əməkdaşları təhlükəsizlik baxımından şəhəri tərk etməlidirlər.

Açıqlamada həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyasına aid hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: