Rusiya ordusu mayın 24-nə keçən gecə Kiyevə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 44 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko qeyd edib ki, 44 nəfərdən 28-i xəstəxanaya yerləşdirilib:
“Onların arasında vəziyyəti orta ağır olan iki uşaq da var.
Daha üç yaralının vəziyyəti ağırdır. 16 zərərçəkənə tibbi yardım ambulator şəkildə göstərilib”.
Məlumata görə, səhər saatlarına qədər Kiyevə raket və dronlarla hücumlar edilib.
Raketlərin düşdüyü yerlərdə yanğınlar baş verib, yaşayış binalarına ziyan dəyib.
Hücumların nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.