Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

WhatsApp Image 2025 06 28 at 15.44.52

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhumların qardaşı Seyfəddin Hüseynli deyib.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb.