PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın atəşkəs çağırışına daha bir dəstək gəlib.
Globalinfo.az xəbər verir ki, təşkilatın bir qolu olan HPG İmralı qərara əməl edəcəyini açıqlayıb.
“PKK-nın atəşkəs qərarı bütün qüvvələrimiz üçün keçərlidir. Buna diqqətlə riayət edilməli və tam əməl olunmalıdır”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, daha əvvəl PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymağa çağırıb. Ardınca PKK terror təşkilatı Kandildə atşəkəs elan edib.
Əliyar Xəlil
Globalinfo.az