“Rusiya gizli səfərbərlik keçirməyi planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat dərc edib.
Nəşr yazır ki, Moskvanın səfərbərliyə ehtiyacı var.
“Beynəlxalq hesablamalara görə, 2022-ci ilin fevralından bəri 110-140 min Rusiya hərbçisi həlak olub. Vladimir Putinin Ukraynadakı qoşunların sayını artırmaq istəyi göz qabağındadır. Kişiləri yüksək ödənişlər müqabilində cəlb edirlər. Çağırışçılara isə müqavilə imzalamaq üçün təzyiq göstərilir. Bununla belə, Rusiyanın regionlarında müqaviləli əsgərləri işə götürmək üçün ayrılan vəsaiti tükənmək üzrədir. Ona görə də, genişmiqyaslı səfərbərlik hazırlanır”.
“Putinin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra daha çox rusiyalını xidmətə cəlb edəcəyi iddia olunur. Düzdür, onlar bunu rəsmi açıqlama olmadan, gizli şəkildə etməyə çalışacaqlar”, – deyə nəşr yazıb.
Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuk Rusiyanın Ukraynadakı qoşunlarının sayını ilin əvvəlində 400 min nəfərdən 600 min nəfərə çatdırdığını deyib. O bildirib ki, ilin sonuna qədər bu say 800 minə çatdırıla bilər.
Müşviq Tofiqoğlu
Globalinfo.az