TƏCİLİ: Rusiya Zelenskinin kortejinə raket zərbəsi endirdi – KİV

Ukrayna Prezidenti Volodimir Zelenskinin avtomobil kortejinə raket zərbəsi endirilib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Yunanıstanın “Proto Thema” qəzeti hökumətdəki anonim mənbələrə istinadən çıxış edib.

Bildirilib ki, hadisə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Odessaya səfəri zamanı baş verib.

Yunanıstan nümayəndə heyətindən heç kimin xəsarət almadığı bildirilir.

Zelenskinin korteji Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda olub.

Səkkiz nəfərdən ibarət nümayəndə heyətinin tərkibində yer alan Yunanıstanın dövlət naziri Stavros Papastavru hər şeyin qaydasında olduğunu vurğulayıb.

Məsələ ilə bağlı danışan Zelenski bunları deyib:

“Biz həmin zərbəni gördük. Onlar üçün fərqi yoxdur, istənilən yeri vururlar – hərbçiləri də, mülkiləri də”.

Əliyar Xəlil
Globalinfo.az