Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelenanın Türkiyə ilə bağlı planı iflasa uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “NV.ua” nəşri məlumat yayıb.
Bildirilib ki, Yelena ukraynalı yetim uşaqları Türkiyəyə təxliyə etmək istəyirdi:
“Proqrama təxminən 10 milyon dollar ayrılıb, vəsaitin bir hissəsi xeyriyyəçilik hesabına toplanıb. 15 və 17 yaşlı yeniyetmələrin hamiləlik xəbərindən sonra ölkəyə qaytarılaraq texnikuma göndərilib. Hazırda hər iki qız uşaq dünyaya gətirib. Proqramın digər iştirakçıları Ukrayna səfirliyinin nümayəndələrinin onları layihə üçün mahnı və rəqslərdən ibarət videoçarxlar çəkməyə məcbur etdiklərini bildiriblər. Daha sonra yetimlərə pulun olmadığını və layihənin tezliklə bağlanacağını söylədilər. Sözügedən qalmaqallar fonunda Yelenanın təşəbbüsü alınmadı”.
Əliyar Xəlil
Globalinfo.az