Rusiya XİN sözçüsü: “Ananın adını dəyişmək olmaz!”

Xəbər verdiyimiz kimi, Kiyevdə Avropanın ən hündür abidələrindən olan “Ana Vətən” abidəsində SSRİ gerbi sökülüb, yerinə isə Ukraynanın simvolu olan üçdişli nizə (trident) quraşdırılıb.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin bu addımına münasibət bildirib.

“Ananın adını dəyişmək olmaz, o birdir. Ona qarşı edə biləcəyimiz yeganə şey sevgidir. Amma onlar bunun necə olduğunu bilmirlər”-deyə, Zaxarova bildirib.

Qeyd edək ki, sökülən SSRİ gerbi Ukrayna İkinci Dünya Müharibəsi tarix muzeyinə aparılıb.

Tahir Turan
Globalinfo.az