Rusiya Ukraynanın daha bir kəndini ələ keçirdi

Rusiya Ukraynanın şərqindəki Tonenke kəndini ələ keçirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Ukraynanın şərqində, Avdeyevkadan təxminən 8,5 kilometr qərbdə yerləşən Tonenke kəndinə nəzarəti ələ alıb.