Rusiya Ukraynada 180 min hərbçi itirib

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 180 050 hərbçisi məhv edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 3 646 tank, 7 043 zirehli maşın, 2 334 operativ-taktiki PUA, 2 770 artilleriya sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 293 helikopter, 5 630 avtomobil və tanker, 319 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya-Ukrayna mübaribəsi 2022-ci il fevralın 24-də başlayıb.