“Ermənistan Hindistandan əlavə 155 mm-lik ATAGS artilleriya qurğuları almaqda maraqlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Hindistan Müdafiə Araşdırmaları və Təhlil İnstitutunun baş direktoru Sudan Çinoy deyib.
“ATAGS çoxmanevrli qurğudur. Hindistanda hazırlanır və istifadə üçün çox uğurlu texnikadır. Erməni tərəfi 6 belə cihaz alıb və razı qalıb”, – Çinoy bildirib.
Baş direktor Hindistanın İrəvana artıq 40 milyon dollar dəyərində olan “Svati” radiolokasiya komplekslərini tədarük etdiyini xatırladıb və bildirib ki, Ermənistan dəyəri təxminən 250 milyon dollar olan “Pinaka” çoxlüləli raket buraxılış qurğularına maraq göstərib.
Əliyar Xəlil
Globalinfo.az