iran 167778384062d1

Rusiya ilə əməkdaşlıq çərçivəsində İranda ümumilikdə 8 atom elektrik stansiyasının tikilməsi nəzərdə tutulur”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

O, məsələ ilə bağlı iki ölkə arasında protokolun tərtib edildiyini bildirib:

“Bir atom elektrik stansiyası artıq fəaliyyətdədir, ikisi tikilir, daha beşinin isə Hormozqan əyalətində tikilməsi planlaşdırılır. Ümumi gücü 5 min meqavatdır”.

Eslami İsrailin hücumları nəticəsində zərər görən nüvə obyektlərinin bərpa ediləcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: