Rusiyanın Odessada SOCAR-a məxsus neft bazasına dron hücumu regionda sülhə qarşı açıq təhdid kimi qiymətləndirilməlidir. Bu hadisə təkcə iqtisadi obyektə zərbə deyil, həm də Moskvanın imperialist ambisiyalarının davamlılığının göstəricisidir.
Rusiya artıq beynəlxalq münasibətlərdə vasitəçi və ya arbitr imicindən uzaqlaşaraq, daha çox təzyiq və zor vasitəsilə maraqlarını reallaşdırmağa çalışır.
SOCAR kimi strateji əhəmiyyətli bir quruma hücum etmək, Moskvanın Azərbaycanla münasibətlərə sadiq qalmadığını və “dostluq” ritorikasının arxasında başqa niyyətlərin gizləndiyini ortaya qoyur. Hücumun məhz Vaşinqton keçiriləcək Bakı–İrəvan danışıqları fonunda baş verməsi isə Kremlin bu proseslərdə kənarda qalmasına cavab xarakteri daşıya bilər. Belə addımlar Rusiyanın regionda sabitlik deyil, nəzarət axtarışında olduğunu sübut edir.
Əldə edilən ilkin məlumatlar göstərir ki, bu təxribat müstəsna olaraq enerji təhlükəsizliyinə deyil, həm də diplomatik əlaqələrə yönəlib. Enerji infrastrukturuna hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və bu, müvafiq reaksiya doğurmalıdır.
Moskvanın bu davranışı postsovet məkanında sabitliyə deyil, daha çox qarşıdurmaya xidmət edir. Təəssüf ki, Odessadakı bu hücum, Rusiyanın sülh gündəliyindən nə qədər uzaq olduğunu bir daha göstərdi.
Əliyar Xəlil
Globalinfo.az