Rusiya prezidentinin Tokayevlə görüşdə mikrofonu söndürüldü – Putindən gözlənilməz reaksiya – VİDEO


Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə danışıqlardan sonra jurnalistlər qarşısında çıxışı zamanı mikrafonunun söndürülməsini zarafatla qarşılayıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiya lideri bildirib ki, görüş zamanı xüsusilə elektrik enerjisi təchizatı və kömür tranziti müzakirə olunub.

“Elə məsələlər var ki, rəqəmlər əsasında müəyyən koordinasiya və dəqiqləşdirmə tələb olunur. Qazaxıstan tərəfinə doğru addım atmağa hazırıq…”, – deyə o, vurğulayıb. Elə bu zaman Putinin nitqi kəsilib və bir an sonra mikrafon yenidən açılıb.

“İstəmirlər. Amma yox, onlar artıq bunu istəyirlər. Qazaxıstan tərəfinə doğru addım atmağa hazırıq, deyən kimi dərhal işə saldılar”, – prezident zarafat edib və əlavə edib ki, Moskva həqiqətən də dostlarına tərəf addım atmağa hazırdır ki, onların bütün ehtiyacları ödənilsin.