Odessa vilayətində SOCAR-a məxsus neft bazasına hücumun detalları məlum olub.
Globalinfo.az xəbər verir ki, Ukrayna mediası hücumun silsilə şəklində getdiyini bildirib.
Ardıcıl zərbələrdən sonra ərazidə yanğın başlayıb. Ümumilikdə 17 yanacaq çəni, nasosxana binası, otaqlar zərər görüb.
Məlumata görə, neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.
X X X
Rusiyanın hücumçu PUA-ları yenidən Odessanı hədəfə alıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper öz Teleqram kanalında bilridib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.
Oleq Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.
Qeyd edək ki, ötən gecə Rusiya Silahlı Qüvvələri PUA-larla SOCAR-ın Odessadakı yanacaqdoldurma məntəqəsini vurub.
Zərəbələr nəticəsində yanğın baş verib.
***09:23
Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, Rusiya “Şahid” PUA-ları ilə SOCAR-ın Odessada yerləşən terminalına hücum edib.
Qeyd edək ki, Rusiya avqustun 8-də SOCAR-ın Odessada neft bazasına hücum etmişdi.
