Çeçenistan Respublikasında raket təhlükəsi xəbərdarlığı edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Vahid Fövqəladə Halların Qarşısının Alınması və Cavab Sistemi məlumat yayıb.
“Diqqət! Çeçenistan Respublikasında raket təhlükəsi elan edilib”, – deyə xəbərdarlıqda bildirilir.
Bölgədəki vəziyyətlə bağlı hazırda başqa heç bir təfərrüat yoxdur.
Bundan əlavə, Rostov və Volqoqrad vilayətlərində də raket təhlükəsi elan edilib.
Əliyar Xəlil
Globalinfo.az