Rusiya bu mübarizədə fəal səylər göstərir – Mişustin

mis

“Rusiya 1990-cı ildən bu yana istixana qazı emissiyalarını iki dəfədən çox azaldıb”. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda COP29 iqlim sammiti çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya beynəlxalq ictimaiyyətlə birlikdə qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün fəal səylər göstərir:

“Bu işin məqsədi gələcək nəsillərin rifahını təmin etməkdir. 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırırıq”.