508

ABŞ kəşfiyyatı düşünür ki, Vladimir Putini Ukrayna ilə bağlı sülh danışıqları əslində qətiyyən maraqlandırmır.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Putin qələbə qazandığını düşünür və Ukraynaya bütünlüklə nəzarəti ələ keçirəcəyi anı səbirsizliklə gözləyir.

İddia olunur ki, Rusiya yalnız gücünü bərpa etmək məqsədilə atəşkəsə razı ola bilər.

“Onun hədəfi maksimum olaraq qalır. Rusiya Prezidenti qoşunlarını Ukraynadan geri çəkmək niyyətində deyil”, – televiziya kanalının mənbələrindən biri deyib.

Kanalın iddiasına görə, Qərb məmurlarının əksəriyyəti inanır ki, Putin danışıqlara bir məqsədlə razılaşa bilər: ona hansı güzəştlərin gediləcəyini öyrənmək üçün.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: