411539648 337598295729097 5178566291484461262 n

Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Köln polisinin nümayəndəsi məlumat yayıb.

Xatırladaq ki, dekabrın 24-də Köln, Vyana və Madriddə terror aktları planlaşdırmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. İndi məlum olub ki, o, terror hücumlarını təklikdə planlaşdırmayıb.

Potensial hədəflərdən biri kimi Kölnün simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Kafedrali seçilib. Belə ki o, dünyanın ən hündür üç kilsəsindən biridir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Paylaş: